AZ

UEFA Çempionlar Liqası: "Qalatasaray" qalib gəlib, "Barselona" xal itirib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna yekun vurulub.

İkinci oyun günündə daha 9 qarşılaşma baş tutub.

"Qarabağ"ın rəqiblərindən "Ayaks" evdə "Qalatasaray"ı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Borussiya" səfərdə "Mançester Siti"yə 1:4 hesabı ilə məğlub olub, "Barselona" - "Brügge" qarşılaşmasında qalib müəyyən edilməyib: 3:3.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

5 noyabr

21:45. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) - 2:2

21:45. "Pafos" (Kipr) - "Vilyarreal" (İspaniya) - 1:0.

00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 4:1

00:00. "İnter" (İtaliya) - "Kayrat" (Qazaxıstan) - 2:1

00:00. "Benfika" (Portuqaliya) - "Bayer 04" (Almaniya) - 0:1

00:00. "Brügge" (Belçika) - "Barselona" (İspaniya) - 3:3

00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə) - 0:3

00:00. "Marsel" (Fransa) -"Atalanta" (İtaliya) - 0:1

00:00. "Nyukasl" (İngiltərə) - "Atletik" (İspaniya) 2:0.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
24
olaylar.az

10Mənbələr