AZ

“Greenpeace” təşkilatı Slovakiyaya qarşı Avropa Komissiyasına şikayət ünvanlayıb

Bakı. Trend:

Bu ilin iyun ayında Slovakiya hökuməti 350 ayının vurulmasıbarədə qərar qəbul edib. Bu, Slovakiyada ayı populyasiyasınıntəxminən üçdə birini təşkil edir. Qərarın səbəbi 59 yaşlı birkişinin ayı hücumu nəticəsində ölməsi olub.

Trend-inmıəlumatına görə, bu barədə Polşanın “Gazeta Wyborcza” qəzetibildirib.

Bildirilib ki, Slovakiyada həddindən çox ayı var. SlovakiyanınBaş naziri Robert Fitso vurğulayıb ki, insanlar ayı hücumuna görəmeşəyə getməkdən qorxurlar.

“Greenpeace Polska” bildirib ki, 22 oktyabr tarixinə olanməlumata görə, Slovakiyada artıq 180 ayı vurulub. Təşkilat hesabedir ki, ayıların vurulması qeyri-qanunidir. Bununla əlaqədarolaraq Avropa Komissiyasına şikayət verilib.

Polşada təxminən 130 ayı var. Təşkilat vurğulayır ki, ayılarınvurulması Polşa sərhədi yaxınlığında da aparılır, buna görə də bu,sərhədyanı bir proses olduğundan Polşa əhalisi üçün təhlükəyaradır.

Seçilən
27
2
az.trend.az

3Mənbələr