AZ

Yaponiya və ABŞ okeanın dibindən nadir metalların hasilatı sahəsində əməkdaşlıq edəcək

Yaponiya və ABŞ okeanın dibindən nadir torpaq metalları hasilatı istiqamətində əməkdaşlığı genişləndirmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Yaponiya baş naziri Sanae Takaiti parlamentdə çıxışı zamanı bildirib.

“Nadir torpaq metalları hasilatının müxtəlif yollarla təmin edilməsi həm Yaponiya, həm də ABŞ üçün vacibdir. Biz Minamitorisima adası yaxınlığındakı akvatoriyada nadir metalların yataqlarının işlənməsi üzrə konkret əməkdaşlıq yollarını araşdırmağa davam edəcəyik,” – deyə Takaiti vurğulayıb.

Seçilən
42
1
apa.az

2Mənbələr