AZ

Çempionlar Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazandı -VİDEO/FOTO

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

 

Senzor.az bildirir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edib. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

 

Matçda hesabı qonaqlar açıblar. 16-cı dəqiqədə Estevao yaxın küncü dəqiq nişan alıb. Ağdam klubunun oyunçusu Leandro Andrade 29-cu dəqiqədə hesabı bərabərləşdirib. “Qarabağ” 39-cu dəqiqədə rəqibin qapısından ikinci topu keçirib. Təyin olunan penalti zərbəsini Marko Yankoviç dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. 

 

İkinci hissə də qarşılıqlı hücumlar şəraitində keçib. Fasilədən sonra meydana daxil olan Alexandro Qarnaço 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Bu, eyni zamanda, matçda vurulmuş sonuncu qol olub.

 

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qarabağ” 12-ci pilləyə yüksəlib. Eyni xala malik “Çelsi” isə 10-cu sırada qərarlaşıb.

 

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.

**09:00


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

 

Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

 

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib, III turda isə  İspaniyada "Atletik"ə (1:3) uduzub.

 

Beləliklə, Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.

Seçilən
19
9
senzor.az

10Mənbələr