AZ

Depressiya riskini artıran vərdişlər BƏLLİ OLDU

Depressiya riskini əhəmiyyətli dərəcədə artıran vərdişlər müəyyən edilib. SİA xəbər verir ki, eyni anda bir neçə pis vərdişə - yaxşı qidalanmamaq, idman etməmək, yuxu rejiminə əməl etməmək -sahib olan insanların depressiyadan əziyyət çəkmə ehtimalı xeyli yüksəkdir.

Fudan və Şanxay Universitetlərinin alimləri bu nəticəyə gəliblər.

Tədqiqat "Journal of Affective Disorders"də dərc edilib.

Bilidirilib ki, depressiya dünyada ən çox yayılmış ruhi problemlərdən biridir. Genetika, stress və həyat tərzinin onun inkişafına təsir etdiyi məlumdur. Lakin, indiyə qədər elm adamları hər bir vərdişin (məsələn, siqaret çəkmək və ya yuxusuzluq) depressiyaya təsirini əsasən ayrıca araşdırıblar.

Bu dəfə Qian Tianın rəhbərlik etdiyi bir qrup pis vərdişlərin birləşməsinin ruhi sağlamlığa necə təsir etdiyini qiymətləndirməyə qərar verib.

Tədqiqatçılar 1999-cu ildən 2018-ci ilə qədər ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunda iştirak etmi. 21 000-dən çox insanın məlumatlarını təhlil ediblər. Hər bir iştirakçıya beş göstərici üzrə bal verilib: pəhriz, fiziki fəaliyyət, yuxu rejimi, siqaret çəkmə və spirtli içki istehlakı.

Daha sonra bu ballar standart PHQ-9 anketi ilə ölçülən depressiv simptomlarla müqayisə edilib. Məlum olub ki, çoxlu sağlam olmayan vərdişlərə sahib insanların depressiya riski sağlam həyat tərzi sürənlərə nisbətən təxminən iki dəfə çoxdur.

Bundan əlavə, depressiv simptomların şiddəti şəxslərin cinsindən, yaşından və sağlamlıq vəziyyətindən asılı olmayaraq, sağlam olmayan amillərin sayına mütənasib olaraq artıb.

Müəlliflərin fikrincə, bu, sağlam olmayan həyat tərzinin beyin funksiyasını və hormonal balansı pozması, təcridə səbəb olması və özünə hörməti azaltması, xroniki stress üçün zəmin yaratması ilə bağlıdır.

Alimlər depressiya riskinin erkən aşkarlanması üçün müayinələrdə hazırladıqları vərdiş qiymətləndirmə sistemindən istifadə etməyi təklif ediblər. Bu, həkimlərə və psixoloqlara xəstələrə vaxtında dəstək və həyat tərzi dəyişiklikləri təklif etməyə kömək edəcək.

Seçilən
43
1
sia.az

2Mənbələr