AZ

Yaponiya və ABŞ nadir torpaq metalları ilə bağlı əməkdaşlıq etməyi planlaşdırır

Bakı. Trend:

Yaponiya və ABŞ Minamitorişima adası sahillərindəki okeandibindən nadir torpaq metallarının çıxarılmasında əməkdaşlıq etməyiplanlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Baş naziri SanaeTakaiçi deyib.

"Nadir torpaq metallarının hasilatı üçün müxtəlif metodlarınyaradılması həm Yaponiya, həm də ABŞ üçün vacibdir. Minamitorişimaadası sahillərində nadir torpaq metal yataqlarının işlənməsisahəsində Yaponiya-Amerika əməkdaşlığı üçün konkret yollarıaraşdırmağa davam edəcəyik", - deyə o, parlamentdə çıxışı zamanıdeyib.

Minamitorişima adası rəsmi olaraq Tokio prefekturasının birhissəsidir, lakin Yaponiyanın materik hissəsindən təxminən 1900 kmməsafədə yerləşir.

Takaiçinin sözlərinə görə, elmi araşdırmalar adanınyaxınlığındakı okean dibində müxtəlif mineralların, o cümlədənnadir torpaq metallarının olduğunu göstərib.

Seçilən
46
az.trend.az

1Mənbələr