AZ

Rubio 2026 cı ildə Mərkəzi Asiyanın bütün ölkələrini ziyarət etməyi planlaşdırır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, gələn il Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistana səfər etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, o, bu barədə həmin ölkələrin xarici işlər nazirlərinin də iştirak etdiyi Dövlət Departamentində keçirilən qəbulda söyləyib.

“Gələn il şəxsən Mərkəzi Asiyanın bütün beş ölkəsini ziyarət etməyi niyyətləmişəm”, – deyə dövlət katibi bildirib.

Rubio əlavə edib ki, bu səfərin bir həftə və ya daha uzun çəkəcəyi gözlənilir.

ABŞ dövlət katibi qeyd edib ki, Amerika biznes dairələri Mərkəzi Asiya ölkələrinin bazarlarına çıxış imkanlarını genişləndirməyə maraqlıdır. Onun sözlərinə görə, son on ildə ABŞ hökuməti bu regiona kifayət qədər diqqət yetirməyib.

Rubio vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla “ikitərəfli və ya regional səviyyədə birgə əməkdaşlıq” etmək niyyətindədir.

O həmçinin bildirib ki, Ağ Evin rəhbəri bu ölkələrin liderləri ilə noyabrın 6-da Vaşinqtonda görüşməyi planlaşdırır.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
bizimyol.info

1Mənbələr