AZ

Trampdan Məmdaninin "Nyu-Yorku artıq miqrantlar idarə edəcək" bəyanatına reaksiya – “...suverenliyimizi itirdik”


ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun ilk müsəlman meri seçilən Zöhran Məmdaninin açıqlamalarına reaksiya verib. Məğlubiyyəti açıq şəkildə etiraf edən Tramp "Nyu-Yorkda suverenliklərini itirdiklərini" deyib.

Trampın açıqlamanı seçkidən sonrakı qələbə çıxışında özünü "müsəlman, demokrat sosialist" adlandıran Məmdaninin "Nyu-York artıq miqrantlar tərəfindən idarə edilən bir şəhər olacaq" bəyanatına cavab olaraq verib. Trampın tənqidlərinə toxunan Məmdani deyib: "Donald Tramp, bilirəm ki, məni izləyirsən. Səsini yüksəlt, çünki dəyişiklik dövrü başladı".

Tramp isə canlı televiziya çıxışında böyük səs çoxluğu ilə seçkilərdə qalib gəldiklərini deyib: “Amerikanı xilas etdik. Respublikaçılar tarixində ilk dəfə olaraq xalq səsverməsində qalib gəldik. Seçki dairələrinin 68 faizini qazandıq. Ən əsası, Amerikanı yenidən güclü etmək bizə etibar edildi. Verdiyimiz vədləri yerinə yetirmək üçün hərəkətə keçdik. Bu, dünya tarixində ən yaxşı keçən doqquz aydır. Ölkəmizə trilyonlarla dollar geri qayıtdı. Dünyanın ən çox axtarılan ölkəsinə çevrildik. Biz dünyanın ən güclü ölkəsiyik. Tramp administrasiyası dövründə qiymətlər sürətlə düşür. "Amerika arzusu" terminindən uzaqlaşdıq.

Nyu-Yorkda suverenliyimizi itirdik. Bir kommunist mer oldu. Nyu-York kommunist oldu. Bizim iki seçimimiz var: kommunizm və sağlam düşüncə. Kommunizm işə yaramadı və fəlakətli iqtisadi nəticələrə səbəb oldu. Mən Ağ Evdə olduğum müddətcə Amerika kommunizmə təslim olmayacaq və mən buna imkan verməyəcəyəm”.

TAHİR

Seçilən
43
baki-xeber.com

1Mənbələr