AZ

WSJ: Tramp Venesuelaya qarşı güc tətbiqi məsələsində tərəddüd edir

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela hökumətinə qarşı mümkün hərbi əməliyyatla bağlı hələ də yekun qərar verməyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp son günlər administrasiyanın yüksək vəzifəli nümayəndələri ilə söhbətlərində Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən güc yolu ilə uzaqlaşdırılması ideyasına şübhə ilə yanaşdığını bildirib. Bununla belə, o, yardımçıları ilə müxtəlif hərbi ssenarilərin mümkünlüyünü müzakirə etməkdə davam edir.

Qəzet qeyd edir ki, qərarın qəbuluna dair dəqiq vaxt çərçivəsi müəyyən edilməyib.

Seçilən
27
teleqraf.com

1Mənbələr