AZ

Kreml: Dünya nüvə müharibəsinə yaxınlaşmayıb

Peskov 1962-ci il Karib böhranı ilə indiki vəziyyət arasında belə müqayisə aparmağın doğru olmadığını deyib...

Poliqon xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünyanın bu gün 1962-ci il Karib böhranı dövründən daha yaxın şəkildə nüvə müharibəsi təhlükəsi ilə üz-üzə olduğunu düşünmədiyini bildirib. O, bu fikri TASS jurnalistinin sualına cavab verərkən səsləndirib.

Jurnalist Peskovdan soruşub ki, bəzi analitiklərin fikrincə, dünya indi nüvə toqquşması riskinə o dövrdəkindən daha yaxındır. Peskov isə cavabında qeyd edib: “Biz belə nəticələrə gəlməzdik”.

Xatırladaq ki, oktyabrın sonunda ABŞ prezidenti Donald Tramp Pentaqona digər dövlətlərlə “bərabər əsasda” nüvə silahı sınaqlarına başlamağı tapşırmışdı. Ardınca, 5 noyabrda Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında ölkənin mümkün nüvə sınaqlarına hazırlığı ilə bağlı təkliflərin hazırlanması göstərişini verib.

Putin həmin iclasda vurğulayıb ki, Moskva bu qərarını Vaşinqtonun mümkün sınaqlarına cavab olaraq nəzərdən keçirir və bu barədə qarşı tərəfi əvvəlcədən xəbərdar etmişdi.

Ekspertlər qeyd edirlər ki, həm ABŞ, həm də Rusiya tərəfindən nüvə arsenalı ilə bağlı son bəyanatlar iki ölkə arasında strateji gərginliyin artdığını göstərir, lakin tərəflər hələlik birbaşa eskalasiya niyyətində olmadıqlarını vurğulayırlar.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr