AZ

Fransada sürücü avtomobili qəsdən izdihamın üzərinə sürüb

Bakı, 6 noyabr, AZƏRTAC

Fransanın Dolyu d'Oleron adasında sürücü qəsdən piyadaları və velosipedçiləri vurub. Bundan sonra həmin şəxs avtomobilini yandırmağa cəhd edib.

AZƏRTAC Fransanın “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, qəzaya səbəb olan sürücü saxlanılıb. Hadisənin səbəbi hazırda araşdırılır.

Həmçinin, şübhəlinin şəxsiyyəti müəyyən edilib. Bu, Dolyu d'Oleronun qərb sahilindəki bir kənddə yaşayan 30 yaşlı Fransa vətəndaşıdır.

Ən azı on nəfər zərər çəkib, onlardan üçü ağır vəziyyətdədir.

Seçilən
20
7
azertag.az

9Mənbələr