AZ

Tramp: ABŞ bir il ərzində dünyanın “ən qaynar” ölkəsinə çevrilib...

Prezident bildirib ki, ölkə “ölü vəziyyətdən” qalxaraq yenidən güc və maraq mərkəzinə dönüb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərindəki qələbəsinin ildönümü münasibətilə çıxışı zamanı ölkəsinin son bir ildə keçdiyi dəyişikliklərdən danışıb. O, Amerikanın bir il əvvəl “ölü ölkə” adlandırıldığını, lakin indi “dünyanın ən isti və ən çox diqqət çəkən ölkəsinə” çevrildiyini bildirib.

“Cəmi bir il əvvəl biz ölü bir ölkə idik. İndi isə biz dünyada ən çox danışılan, ən isti ölkəyik”, – deyə Tramp Amerika Biznes Forumunda çıxışı zamanı bəyan edib.

Prezidentin sözlərinə görə, bu dəyişikliklər onun administrasiyasının iqtisadi və siyasi kursunun nəticəsidir. Tramp bildirib ki, ABŞ yenidən “liderlik, dinamizm və iqtisadi artım baxımından dünyaya istiqamət verən ölkəyə” çevrilib.

Ekspertlər Trampın bu bəyanatını onun seçki ilinə doğru siyasi reytinqini möhkəmləndirmək və daxili auditoriyaya iqtisadi nikbinlik mesajı vermək cəhdi kimi dəyərləndirirlər.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr