AZ

“Zəfər Gününün ruhunu dünyaya çatdırmaq üçün QHT-lər və diaspor birgə fəaliyyət göstərməlidir” - QHT sədri

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanın qeyri-hökumət təşkilatları Zəfər Gününün beynəlxalq miqyasda təbliği istiqamətində daha fəal olmalıdırlar.

“Xaricidə keçirilən hər bir tədbirdə yaranmış ən xırda imkandan istifadə edərək başqa ölkələrin QHT təmsilçilərinə zəfərimizlə bağlı məlumatlandırmalar etməliyik. Eyni zamanda müxtəlif tədbirlər çərçivəsində ölkəmizə səfər edən xarici QHT təmsilçilərinin imkan daxilində Bakıdakı Zəfər parkına ziyarəti təşkil edilməli, onlarla Zəfərin həm də Cənubi Qafqazın gələcək inkişafı üçün əhəmiyyətli olmasına dair söhbətlər aparmalıdır”.

CASCFEN sədrinin sözlərinə görə, bu sahədə digər bir addım isə mədəniyyət sektoru ilə birlikdə atıla bilər:

“Bu istiqamətdə atıla bilinən təsirli addımlar sırasında mədəniyyət də var. Yəni sənədli filmlərin, rəsm və foto sərgilərinin, musiqi və ədəbiyyat layihələrinin reallaşması ilə Zəfər Gününün ruhunu dünyaya daha təsirli şəkildə çatdıra bilərik. Nəhayət, bu məsələdə üzərinə mühüm vəzifə düşən kəsimlər sırasında xaricdə yaşayan azərbaycanlı icmalar və diaspor təşkilatlarını qeyd etməsək olmaz. Hesab edirəm ki, bu təşkilatlar tərəfindən Zəfər Gününə həsr olunmuş tədbirlərin keçirilməsi də Azərbaycanın milli həmrəyliyinin və qlobal informasiya mübarizəsində birliyinin güclü göstəricisidir. Lakin bu istiqamətdə işlər daha intensiv hal almalı, təkcə 8 noyabrda deyil, digər vaxtlarda da ələ düşən imkandan Zəfərimizin tarixi əhəmiyyətini beynəlxalq ictimaiyyət çatdırılması üçün yararlanmalıyıq”.

Seçilən
34
qht.az

1Mənbələr