AZ

Hafiz Paşayev: Məqsədimiz İtaliyadakı təhsil modelini burada tətbiq etməkdir

“Artıq Azərbaycanda “İtaliya-Azərbaycan Universiteti” ifadəsi leksikona daxil olub və bu, ölkənin təhsil sistemində mühüm yeniliyi ifadə edir”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalında deyib.

O bildirib ki, bu layihə hər cəhətdən böyük əhəmiyyət daşıyır:

“Bizim məqsədimiz odur ki, İtaliyadakı təhsil modelini burada da tətbiq edək. Bildiyiniz kimi, İtaliyanın Luiss Universiteti ilə xüsusi proqramımız var. Necə ki, italyanlar istehsal etdikləri məhsullara qürurla “Made in Italy” yazırlar, biz də çalışmalıyıq ki, “Made in Azerbaijan” brendini formalaşdıraq”.

Rektor qeyd edib ki, ölkənin müxtəlif rayonlarında təhsil müəssisələrinin inşası və yenidənqurulması istiqamətində işlər davam etdirilir:

“Biz rayonlarda da təhsil ocaqları tikir və onları müasir tələblərə uyğun şəkildə hazırlayırıq. Qarşıda çox böyük layihələr var və biz bu işləri də uğurla həyata keçirməliyik. İnanıram ki, bu proseslərə tələbələr də cəlb olunacaq. Bu onlar üçün yaxşı bir praktiki təcrübə olacaq”.

Seçilən
15
4
tehsil.biz

5Mənbələr