AZ

Almaniya bu ailələrə 4 min avroya qədər YARDIM EDƏCƏK

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Almaniya kansleri Fridrix Mers bildirib ki, Suriya müharibəsi faktiki olaraq başa çatıb və artıq suriyalı qaçqınların Almaniyada sığınmaq üçün “əsas səbəbləri qalmayıb”.

Gununsesi.info xəbər verir ki, Kanslerin sözlərinə görə, hökumət qaçqınların könüllü və ya zəruri qaydada vətənə qayıtmasını təşviq edəcək.

Bu məqsədlə geri dönən ailələrə 4 min avroya qədər maddi yardımın verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Almaniyanın xarici işlər naziri Yohann Vadeful qeyd edib ki, Suriyada hələ tam təhlükəsiz və yaşanılan mühit formalaşmayıb.

Hazırda Almaniyada 700 min – 1 milyon arasında Suriyalı yaşayır və onların hüquqi statuslarının yenidən qiymətləndirilməsi məsələsi gündəmdədir.

Ayşən

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr