AZ

Sumqayıtda iki maşın toqquşdu: Xəsarət alanlar var

Sumqayıtda avtomobillər toqquşub.

Editor.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Nəriman Bəhruz oğlu Zeynalovun idarə etdiyi “Chevrolet” markalı avtomobil 1989-cu il təvəllüdlü Əskər Tahir oğlu Nəzərovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Chevrolet”də olan sərnişinlər – 1968-ci il təvəllüdlü Kəmalə Vəliş qızı Zeynalova və 1977-ci il təvəllüdlü Günəş Tahir qızı Həşimova, eləcə də VAZ-2107-nin sürücüsü Əskər Nəzərov və sərnişini, 1990-cı il təvəllüdlü Könül Elxan Nəzərova qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
29
11
editor.az

10Mənbələr