Bakıda yeniyetmə itkin düşüb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, noyabrın 3-də Yasamal rayonu, M.Seyidov küçəsində yaşayan 2009-cu il təvəllüdlü Səid Kamaləddin oğlu Hacızadə yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.
Onun yaxınları fotosunu və xarakterik əlamətlərini polisə təqdim ediblər.
Faktla bağlı Yasamal RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılır.