Çinin Çjeçzyan Universitetinin Xuçjou Tədqiqat İnstitutunun mühəndislər komandası insanı havada hərəkət etdirə bilən reaktiv çantanı uğurla sınaqdan keçirib. Bu barədə Çin Mərkəzi Televiziyası görüntüləri yayıb.Məlumata görə, pilotun idarə etdiyi şəxsi uçuş aparatının sürəti saatda 100 km-ə çata bilir. "Bu çantanın hazırlanması üç-dörd il, uçuş sınaqları isə iki il çəkib. Bu, ən inkişaf etmiş və yetkin sistemimizdir", - qısa nümayiş uçuşunu həyata keçirən "JetRob" komandasının mühəndisi Çzyao Boçzin bildirib.
Cihaz beş reaktiv mühərriklə təchiz olunub. Yanacaq çənləri reaktiv çantanın hər iki tərəfində yerləşir. Çəkisi 31 kq, dolu çənlə isə 46 kq-dır. Pilot üç-beş dəqiqə havada qala bilər. Cihaz yerdən 2 metrdən çox yüksəkliyə çata bilər, lakin dəniz səviyyəsindən 1 500 metrə qədər yüksəkliklərdə istifadə edilə bilər.
Mətləb