AZ

Bu stadiona Qurban Qurbanovun adı veriləcək? - AÇIQLAMA

"Qurban Qurbanov tarixi şəxsiyyətdir".

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu fikri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" oyunundan sonra Ağdam klubunun prezidenti Tahir Gözəl bildirib.

Klub rəhbəri "Azərsun Arena"ya Qurban Qurbanovun adının verilməsi ilə bağlı sualı da cavablandırıb.

"Əgər belə bir təklif olarsa, mən bunu dəstəkləyərəm", - deyə Tahir Gözəl qeyd edib.

O, həmçinin "Qarabağ"ın göstərdiyi oyundan qürur duyduğunu vurğulayıb:

"Çelsi" kimi dünya nəhəngindən xal almağı bacardıq. "Qarabağ" rəqibindən çəkinmirdi. Dünyaya bizim hekayəmizi göstərən bu cəsarətdir. "Qarabağ" Azərbaycan xalqının gücünü bütün dünyaya nümayiş etdirdi. Bildiyiniz kimi, qarşıdan Zəfər Günü gəlir. Bu nəticəni şəhidlərimizə həsr edirəm".

Seçilən
21
12
day.az

10Mənbələr