AZ

Türkiyə və Pakistan əsgərləri Bakıda - VİDEO

Noyabrın 8-də Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə keçiriləcək paradda Türkiyə və Pakistan hərbçiləri də iştirak edəcəklər.

Hurriyyet.az xəbər verir ki, artıq hər iki ölkənin hərbi heyəti Azərbaycandadır.

Türkiyə və Pakistan hərbçiləri Bakıda məşqlərə başlayıblar.

Hər iki ölkənin hərbi qulluqçuları paradda Azərbaycan əsgərləri ilə birgə addımlayacaq. Bu isə bütün dünyaya Azərbaycan, Türkiyə və Pakistan arasındakı dostluq, qardaşlıq və birliyin növbəti dəfə nümayiş etdirilməsi demək olacaq.  

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Parada hazırlıqla bağlı Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. 

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

 

Seçilən
22
4
hurriyyet.az

5Mənbələr