“Mən Cənubi Afrikada keçiriləcək G20 toplantısına getməyəcəyəm. Cənubi Afrikaya heç bir qrupda yer yoxdur, çünki orada yaxşı heç nə baş vermir. Mən getmirəm. Mən ona (yəqin ki, CAR-ın prezidenti Siril Ramafosa – red.) getməyəcəyimi dedim. Orada ölkəmizi təmsil etməyəcəyəm”,- Donald Tramp bildirib.
Onun iddiasına görə, Mayami nəsillər boyu Cənubi Afrikada kommunist zülmündən qaçanlar üçün sığınacaq olub.
- Uzun illərdir xəbərdarlıq etdiyim kimi, bizim rəqiblərimiz Amerikanı kommunist Kubaya və ya sosialist Venesuelaya çevirmək niyyətindədirlər”,- Ağ Evin rəhbəri vurğulayıb.
![]() |
| ABŞ növbəti G20 sammitinə qatılmayacaq |
May ayında Vaşinqtonda üzbəüz görüş zamanı isə, CAR-ın ağdərili əhalisinin hüquqlarının qorunması barədə Ramafosa ilə mübahisə edən Tramp bu məsələnin həllinin zəruri olduğunu vurğulayıb. O, əks halda, CAR-ın sonunun çatacağını bildirib.
Yeri gəlmişkən, həmin görüşdə Amerika lideri Ukrayna prezidentiVolodimir Zelenskinin CAR-a səfərinidə özünəməxsus qaydada şərh edib.
Sahil İsgəndərov
AzVision.az
