AZ

“Zəfər Günü gələcək nəsillərə azadlığın dəyərini və Vətən sevgisini aşılayır” - QHT sədri

“Gələcəyə Baxış – Avropaya İnteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibova QHT.az-a açıqlamasında bildirib ki, Zəfər Günü gələcək nəsillər üçün dərin mənəvi və tarixi mesaj daşıyır.

Onun sözlərinə görə, bu gün gənclərə Vətəni sevməyin, onu qorumağın və uğrunda birləşməyin hər bir azərbaycanlının borcu olduğunu göstərir.

"Zəfər Günü gələcək nəsillərə azadlığın asan qazanılmadığını, bu torpaqlar uğrunda minlərlə qəhrəmanın canından keçdiyini xatırladır. Bu gün həm də birliyimizin, inamımızın və vətənpərvərliyimizin gücünü nümayiş etdirir. Gələcək nəsillər Zəfər Günündən öyrənməlidirlər ki, xalq bir olarsa, heç bir çətinlik onu məğlub edə bilməz. Zəfər Günü hər zaman azərbaycanlı gənclər üçün qürur, vətən sevgisi və milli ruhun rəmzi olaraq qalacaq".

Bəsti Nəsibova əlavə edib ki, Azərbaycan dövlətinin gücünü və xalqın birliyini dünyaya göstərən Zəfər Gününün beynəlxalq miqyasda tanıdılması üçün bir sıra mühüm təşəbbüslər həyata keçirilməlidir:

"İlk növbədə, xarici ölkələrdə səfirliklər və diaspor təşkilatları vasitəsilə Zəfər Günü ilə bağlı tədbirlər, sərgilər, konfranslar və təqdimatlar təşkil olunmalıdır. Bu tədbirlərdə Azərbaycanın qazandığı qələbənin ədalətli və haqq savaşının nəticəsi olduğu vurğulanmalıdır. Eyni zamanda, beynəlxalq mediada, sosial şəbəkələrdə və müxtəlif dillərdə hazırlanmış videoçarxlar, sənədli filmlər və məqalələr vasitəsilə Zəfər Gününün mənası dünyaya çatdırılmalıdır.

QHT-lər, gənclər təşkilatları və mədəniyyət qurumları da bu işə qoşularaq, beynəlxalq layihələr və mədəni mübadilə proqramları vasitəsilə Azərbaycanın qələbəsini, xalqımızın birliyini və vətənpərvərliyini təbliğ etməlidirlər".

Seçilən
63
qht.az

1Mənbələr