AZ

Şamaxıda qadın güllələndi Əri saxlanıldı

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Şamaxıda qadın odlu silahla qətlə yetirilib.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
22
qafqazinfo.az

10Mənbələr