AZ

“Qarabağ”ın qazancı 56 milyon manata çatdı

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasında “Çelsi” ilə heç-heçə edən “Qarabağ” bərabərliyə görə 750 min avro qazanc əldə edib.

Futbolpress.az xəbər verir ki, 4 oyunda 7 xal toplayan (2 qələbə, 1 heç-heçə) Azərbaycan çempionunun bu mövsüm əsas mərhələdəki qazancı 4.95 milyon avroya (9,68 milyon manat) çatıb.

“Qarabağ”ın cari “futbol ili” üçün turnirdən ümumi qazancı isə 28,65 milyon avrodur (56 milyon manat).

UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə üçün 23 milyon 700 min, qələbələrə görə 4 milyon 200 min (bir qələbə 2 milyon 100 min avro), heç-heçəyə görə isə 750 min avro ödəniş edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
5
futbolpress.az

6Mənbələr