AZ

Rusiya Azərbaycan vasitəsilə Ermənistana daha 132 vaqon buğda göndərəcək


Rusiya 2026-cı ilin yanvar ayının sonuna kimi Azərbaycan ərazisindən keçən yeni dəmir yolu marşrutu ilə Ermənistana daha 132 vaqon buğda göndərəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.  
Məlumata görə, Rusiya həmçinin yeni dəmir yolu marşrutu ilə digər kateqoriyalı yüklərin çatdırılması imkanlarını araşdırır.
Rusiya artıq Azərbaycandan keçən dəmir yolu marşrutu ilə Ermənistana ilk buğda partiyasını çatdırıb.
Rusiya Dəmir Yolları Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından Ermənistana 1000 tondan çox buğdanın daşınmasını təşkil edib.
15 taxıl tankeri artıq Azərbaycandan keçərək, Ermənistana çatıb.
Yeni logistik marşrutun yaradılması Azərbaycan üzərindən Ermənistana yük tranzitinin bərpası sayəsində mümkün olub.
Seçilən
19
1
yeniavaz.com

2Mənbələr