AZ

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan milliləri növbəti matçlarını keçirəcəklər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları davam edir.

Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın futzal və qadınlardan ibarət voleybol milliləri meydançaya çıxacaq.

İlk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edən Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda bu gün Özbəkistanla qarşılaşacaq.

Qadın voleybolçulardan ibarət komanda isə Tacikistanla münasibətləri aydınlaşdıracaq. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk matçda İran yığmasını 3:0 hesabı ilə üstələmişdi.

Fərdi yarışlarda isə iki qadın boksçumuz mübarizəyə başlayacaq. 1/4 finalda Zeynəb Rəhimova özbəkistanlı Fatima Mansuri ilə üz-üzə gələcək. Aynur Mikayılova isə Hadel Aşurla (Səudiyyə Ərəbistanı) münasibətlərə aydınlıq gətirəcək.

Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

"Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə məğlub olub

"Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib

Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"

Seçilən
15
1
apasport.az

2Mənbələr