AZ

Filippində “Kalmaegi” qasırğası 114 nəfərin həyatına son qoyub

Filippində “Kalmaegi” qasırğasının törətdiyi güclü külək və daşqınlar nəticəsində ölənlərin sayı 114-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb. Bildirilib ki, qasırğa əsasən Sebu bölgəsində ciddi daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Hazırda 127 nəfər itkin düşmüş hesab edilir, axtarış-xilasetmə işləri isə davam etdirilir. Təxminən 2 milyona yaxın insan təbii fəlakətdən zərər çəkib, on minlərlə ailə təxliyə mərkəzlərinə yerləşdirilib.

Prezident Ferdinand Markos Jr. ölkədə “milli fəlakət vəziyyəti” elan edib və fövqəladə yardımların sürətləndirilməsi barədə göstəriş verib.

Əli Hüseynov

Seçilən
21
bakivaxti.az

1Mənbələr