“Qarabağ”ın futbolçusu Kadi Borges ciddi zədə ala bilər.
İdmanxeber.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov “Çelsi” ilə oyundan sonra mətbuat konfransında braziliyalı yarımmüdafiəçinin durumuna aydınlıq gətirib:
“Hazırda dəqiq nəsə deyə bilmirəm. Sabah vəziyyəti biləcəyik. Amma görünür, zədəsi ciddi ola bilər — ehtimal var ki, ayağında sınıq var. Ümid edirik ki, yüngül olar”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” görüşü 2:2 hesabı ilə başa çatıb.