AZ

Rusiya buğda qatarı Azərbaycandan keçməklə Ermənistana çatıb

Azərbaycandan dəmir yolu ilə daşınan ilk Rusiya buğda partiyası artıq Ermənistana çatıb.

Azreform.info  xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyat naziri Gevorq Papoyan bildirib.

Onun sözlərinə görə, yükün ilk partiyası “Ayrum” stansiyasına gətirilib.

"Bu, tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb”, - nazir vurğulayıb.

Nazir qeyd edib ki, ilk partiya Rusiyadan gətirilən buğdadır, ikinci partiya isə Qazaxıstandan gələcək. Hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və 7 noyabra qədər Ermənistana çatacağı gözlənilir.

Ümumi çəkisi 1000 ton olan buğda 15 vaqondan ibarətdir.

Hazırda Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi olmasa da, Prezident İlham Əliyevin tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra ilk yük partiyası əvvəlcə Gürcüstana, oradan isə Ermənistana göndərilib.

Bundan əlavə, Rusiya Nəqliyyat Nazirliyindən bildirilib ki, 2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycandan keçməklə Ermənistana əlavə 132 vaqon buğda göndərilməsi planlaşdırılır.

Nazirlik bildirir ki, Azərbaycandan keçməklə Ermənistana yük tranzitinin bərpası nəticəsində yeni logistika marşrutunun fəaliyyəti mümkün olub.

Qurumun məlumatına görə, bu, 1990-cı illərdən bəri ilk belə dəmir yolu daşınmasıdır.

Hazırda digər kateqoriyadan olan yüklərin də bu marşrutla daşınması istiqamətində işlər aparılır.

Seçilən
10
4
azreform.info

9Mənbələr