AZ

“Fənərbağça” Çexiya, “Samsunspor” Malta klubu ilə qarşılaşacaq

Bakı, 6 noyabr, AZƏRTAC

Türkiyə klubları bu gün avrokuboklarda növbəti oyunlarını keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasında mübarizə aparan “Fənərbağça” IV turda Çexiyada "Viktoriya" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İlk 3 turdan sonra Çexiya təmsilçisi 7 xalla 5-ci, İstanbul klubu 6 xalla 14-cü pillədə qərarlaşıb.

Konfrans Liqasında çıxış edən “Samsunspor” isə III tur çərçivəsində doğma meydanda Maltanın “Hamrun” kollektivini sınağa çəkəcək. Matça Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Hazırda 6 xalı olan Samsun klubu 4-cü sırada yer alıb. Xalı olmayan Hamrun təmsilçisi isə 32-cidir.

Seçilən
18
3
azertag.az

4Mənbələr