AZ

Zaur İbrahimli: Milli toponimlərlə bağlı elmi əsərlərin ortaya çıxarılması əsas istiqamətlərdəndir

Milli toponimlərlə bağlı elmi əsərlərin ortaya çıxarılması əsas istiqamətlərdəndir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli "Qərbi Azərbaycana Qayıdış" mövzusunda ictimai müzakirədə deyib.

O, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda milli toponimlərlə bağlı məsələnin üzərində xüsusi dayandığını vurğulayıb:

"Bu yaxınlarda XVIII əsrdə yaşamış türkmanəsilli müəllif Əbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyəti təsvir edən "Tarixçeyi-Növrəs" əsəri ilk dəfə Bakıda nəşr edilib. Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiq edilir. Toponimlər sırf Azərbaycan dilindədir. Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bu gün Azərbaycan QHT-ləri də dövlət başçısının çağırışlarına uyğun olaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzə çıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdırlar".

Z.İbrahimli bildirib ki, toponimlər canlı yaddaşdır və bu istiqamətdə işlər davam etdirməlidir.

Seçilən
47
3
ikisahil.az

4Mənbələr