AZ

Pokrovsk uğrunda döyüş: Ukrayna ordusu irəliləməyə başladı

BAKI, 6 noyabr. TELEQRAF

Ukrayna hərbi qüvvələri Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində - Dobropilyada taktiki uğurlar qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Mənbə Ukrayna Silahlı Qüvvələrinin Şaxovodan şimal-şərq və cənub-şərqə, yəni Dobropilyadan şərqə doğru irəlilədiyini göstərən geolokasiya videokadrlarına istinad edib. Ukrayna bölmələri həmçinin Şaxovodan şərqdə, bundan əvvəl Rusiya mənbələrinin öz qoşunlarının olduğunu iddia etdiyi ərazidə mövqelərini saxlayır.

Həmçinin, ISW qeyd edib ki, Rusiya qoşunları Pokrovsk şəhəri ərazisində irəliləyib. Onların Pokrovskdan şimalda, Rodinskinin qərb hissəsində irəlilədikləri bildirilib. Rusiya mənbələri Pokrovskun şimal-şərqində, eləcə də Qrişin və Suxetske yaxınlığında irəliləyiş barədə də məlumat veriblər.

Seçilən
36
teleqraf.com

1Mənbələr