AZ

Tramp Nyu-Yorkun yeni merinə kömək etməyə hazır olduğunu bildirib

Bakı, 6 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun yeni seçilmiş meri Zohran Mamdaniyə şəhərin çiçəklənməsi naminə kömək etməyə hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Tramp bu fikri Mayamidə biznes forumunda çıxışı zamanı səsləndirib. “Baxarıq, kommunist Nyu-Yorkda nə edəcək. Baxarıq, bundan nə çıxacaq. Biz Nyu-Yorkun uğurlu olmasını istəyirik. Bəlkə, onlara bir az kömək edə bilərik”, - deyə o vurğulayıb.

Seçki ərəfəsində Tramp kommunist adlandırdığı Mamdaninin qalib gələcəyi təqdirdə “zəruri minimum istisna olmaqla” şəhərin federal maliyyəsini kəsəcəyini bildirmişdi. Onun sözlərinə görə, Mamdani qalib gəlsə, Nyu-York şəhəri “tam iqtisadi və sosial fəlakət”lə üzləşəcək.

Mamdani isə seçkilərdə qələbəsini elan etdikdən sonra ilk çıxışında deyib ki, onun rəhbərliyi ilə şəhər ABŞ Prezidentinə qarşı müqavimət mərkəzinə çevriləcək.

Qeyd edək ki, 34 yaşlı Mamdani 2026-cı il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq. O, Nyu-York şəhərinin ən gənc və ilk müsəlman meri olacaq.

 

Seçilən
12
1
azertag.az

2Mənbələr