AZ

"Turkish Airlines" təyyarələri üçün "Boeing"dən 75 mühərrik alacaq

Bakı. Trend:

Türkiyənin aparıcı aviaşirkəti olan “Turkish Airlines”, “Boeing”korporasiyasından almağı planlaşdırdığı B787 tipli təyyarələr üçün75 ədəd mühərriklərin alınması barədə “GE Aerospace” şirkəti ilərazılıq əldə edib.

Trend xəbər verirki, bu barədə “Turkish Airlines” məlumat yayıb.

Məlumata görə, “Turkish Airlines” sentyabr ayında 2029–2034-cüillər arasında 225 yeni təyyarə almaq planını elan edib. Onlarınarasında 75 ədəd B787-9 və B787-10 modeli də yer alır. Busifarişlərin 50-si təsdiqlənmiş, 25-i isə opsion formasındadır.

“Müsabiqə nəticəsində “GE Aerospace” ilə B787-9 və B787-10təyyarələri üçün mühərriklərin, ehtiyat mühərriklərin vəmühərriklərin texniki xidməti üzrə xidmətlərin alınmasına dairrazılıq əldə olunub”, - məlumatda bildirilir.

Müqavilənin məbləği açıqlanmayıb.

Məqalədə:
Seçilən
71
az.trend.az

1Mənbələr