Rusiyanın Kostroma vilayətindəki enerji infrastrukturlarına PUA hücumu edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Kostroma DRES-də partlayışlar və yanğınlar baş verib. Stansiyanın ciddi zədə aldığı bildirilir.
Qeyd edək ki, Kostroma DRES gücünə görə Rusiyanın üçüncü ən böyük İES-i hesab olunur. 3720 MVt gücü olan stansiya Rusiyanın mərkəzi regionlarının əhəmiyyətli hissəsini elektrik enerjisi ilə təmin edir.

