AZ

Güclü qasırğa başladı: bu tarixdə diqqətli olun!

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Noyabrın 6-na keçən gecə Yerdə güclü planet miqyaslı maqnit qasırğaları başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Alimlərin fikrincə, Kp geomaqnit indeksi orta və güclü tufanlara uyğun gələn G2–G3 səviyyəsinə çatıb:

“Bu proses iki-üç gün əvvəl baş vermiş günəş partlayışlarından yaranan plazma buludları ilə bağlıdır. Əvvəlcə günəş aktiv zonaları ulduzun diskinin kənarında yerləşirdi və Yerə təsir edəcəyi gözlənilmirdi.

Plazma buludları hazırda radial olaraq deyil, Yerə doğru meyllə hərəkət edir və onların yayılma bucaqları və sürətləri proqnozlaşdırılandan xeyli yüksəkdir. Yəni növbəti 24 saat ehtiyatlı olmaq lazımdır”, – deyə bildirilib.

Alimlər xəbərdarlıq ediblər ki, geomaqnit pozğunluqları təxminən bir gün davam edə bilər:

“Bu, maqnit aktivliyinin artmasına və potensial olaraq daha güclü fırtınalara səbəb olacaq”.

Günel Cəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr