AZ

“Çelsi ilə heç heçə Qarabağ”a nə qədər qazandırdı? Rəqəmlər bəlli oldu

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının liqa mərhələsində həm nəticə, həm də maliyyə baxımından uğurlu çıxışını davam etdirir. Ağdam klubu dörd qarşılaşma nəticəsində ümumilikdə 9,1 milyon avro, yəni təxminən 17,8 milyon manat gəlir əldə edib.

“Qarabağ”ın bu uğurunda xüsusilə iki qələbə ön plana çıxır. Komanda Portuqaliyada “Benfika” üzərində 3:2 hesablı tarixi qələbə qazanıb, Bakıda isə “Kopenhagen”i məğlub edərək ümumilikdə 8,4 milyon avro (təxminən 16,4 milyon manat) bonus qazanıb.

Son olaraq “köhlən atlar” ötən gün “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib. Bu nəticə klubun büdcəsinə əlavə 700 min avro, yəni 1,3 milyon manat qazandırıb.

Qeyd edək ki, UEFA-nın 2025/26 mövsümü üçün müəyyən etdiyi qaydalara əsasən, Çempionlar Liqasının liqa mərhələsində iştirak edən hər bir klub nəticələrə görə də mükafatlandırılır: hər qələbə üçün 2,1 milyon avro, heç-heçə üçün isə 700 min avro bonus ayrılır.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
azpolitika.info

1Mənbələr