AZ

Filippində qasırğa nəticəsində ölənlərin sayı 114-ə çatıb

Filippində "Kalmaegi" qasırğası nəticəsində ölənlərin sayı 114-ə çatıb, 127 nəfər itkin düşüb.

APA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Filippinin Mülki Müdafiə İdarəsinin sözçüsünün müavini Dieqo Mariano bildirib.

Onun sözlərinə görə, ən çox zərər çəkmiş bölgə Mərkəzi Visayasdır.

Qeyd edilib ki, güclü tayfun damları qoparıb, ağacları və elektrik dirəklərini kökündən çıxarıb və kütləvi daşqınlara səbəb olub.

Qasırğa nəticəsində 500,000-dən çox insan köçkün vəziyyətinə düşüb, 1,4 milyondan çox insan zərər çəkib.

Güclü daşqınlar və torpaq sürüşmələri ucqar ərazilərdə də yolları kəsib, bəzi yerlərdə elektrik enerjisi kəsilib.

Seçilən
16
1
apa.az

2Mənbələr