AZ

Bakıda itkin kimi axtarılan yeniyetmə tapılıb - YENİLƏNİB

Bakıda itkin kimi axtarılan yeniyetmə tapılıb.

DİN-in Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Yasamal rayonunda 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.

***

09.24

Bakıda 16 yaşlı yeniyetmə itkin düşüb.

APA xəbər verir ki, Yasamal rayon sakini 2009-cu il təvəllüdlü Səid Hacızadə yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
73
1
apa.az

6Mənbələr