"Azərbaycan dilinin elektron lüğətinin texnoloji bazası layihəsi hazırlana bilər".
APA xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Qərbi Azərbaycana Qayıdış” mövzusunda ictimai müzakirədə deyib.
O qeyd edib ki, ədəbi dilin, orfoqrafiya qaydalarının pozulmasına qarşı ictimai maarifləndirmə kampaniyaları aparılmalıdır: “Sosial mediada dil normativlərinin qorunması üçün bələdçi sistemi yaradıla bilər. Dövlət orqanları, QHT-lər, akademiya və cəmiyyət arasında əlaqələr daha da genişləndirilməlidir. Gənc nəsil və ana dili təşəbbüsləri irəli sürülməlidir. Debat qrupları və müxtəlif müsabiqələr keçirilməlidir. Regional və beynəlxalq təşəbbüslər həyata keçirilməlidir".