AZ

Toyda futbola baxdılar - VİDEO

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Qarabağ" İngiltərənin güclü klublarından biri olan "Çelsi" ilə qarşılaşıb. Gərgin keçən görüş 2:2 hesabı ilə başa çatıb.

Maraqlı məqam isə oyunun meydandan kənar bir məkanda - toy mərasimində yaşanıb. Belə ki, bir qrup "Qarabağ" azarkeşi iştirak etdikləri toyda belə komandasının oyununu izləməkdən imtina etməyib. Onlar zalda ekranda matçı seyr edərək həyəcanlı anlar yaşayıblar.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb və qısa zamanda böyük maraq doğurub. 

 


Seçilən
10
5
7news.az

7Mənbələr