AZ

Marko Yankoviç: Bəlkə də azarkeşlər bunu nəticəni gözləmirdilər

ain.az bildirir, sport24.az portalına istinadən.

"Biz əlimizdən gələni etdik. Bəlkə də azarkeşlər bunu nəticəni gözləmirdilər". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.Yarımmüdafiəçi Bakıda İngiltərənin "Çelsi" klubu ilə heç-heçə (2:2) etdikləri UEFA Çempionlar Liqasının oyunu ilə bağlı fikirlərini bölüşüb:"İlk yarıda şans bizim tərəfdə deyildi. Amma buna baxmayaraq sonradan hesabda irəli çıxa bildik. Məşqdə etdiklərimizi matçda göstərdik. Bir xala razıyıq".Oyunçu Çempionlar Liqası turnirinin səviyyəsinin çox yüksək olduğunu vurğulayıb:"Burada yüksək keyfiyyətli futbolçular, güclü komandalar var. Biz əlimizdən gələni edirik və üzərimizdə təzyiqlər var və çalışırıq ki, növbəti oyunlarda yaxşı nəticələr əldə edək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
sport24.az

2Mənbələr