AZ

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

Bakı. Trend:

Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdiklərigəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddətiartırılacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan VergiMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Sənədə əsasən, media subyektlərinin (audiovizual mediasubyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdiklərigəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənverilən maddi yardımlar 2029-cı il yanvarın 1-dəkgəlir vergisindən azad ediləcək.

Həmçinin, media subyektləri (audiovizual media subyektləriistisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarınıntəqdim edilməsi, habelə Azərbaycan Respublikasında daiminümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən mediasubyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) mediafəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi vəxidmətlərin göstərilməsi 2029-cı il yanvarın 1-dəkƏDV-dən azad ediləcək.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən,sözügedən güzəştlər 2023-cü il yanvarın 1-dəntətbiq edilirdi və müddəti 2026-cı il yanvarın1-də başa çatacaqdı.

Seçilən
23
16
az.trend.az

10Mənbələr