AZ

Avropa Komissiyası Serbiyanın rusiyalılara vətəndaşlıq verməsindən narahatdır

Bakı. Trend:

Avropa Komissiyası (AK) rusiyalıların Serbiya vətəndaşlığıalaraq Avropa İttifaqı ərazisinə vizasız daxil olmaq hüququ əldəetməsi ilə bağlı narahatlıq ifadə edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa komissiyasının illikhesabatında deyilir.

“Rusiya vətəndaşlarının Serbiya vətəndaşlığı əldə etməklə Aİ-yəvizasız giriş hüququ qazanmaları Avropa İttifaqının təhlükəsizliyiüçün potensial risklər yaradır”,- hesabatda qeyd olunur.

Serbiya vətəndaşları Şengen zonasına daxil olan ölkələrəvizasız, 90 günədək müddətə səfər edə bilirlər. Bu qayda Aİ üzvüolan bütün dövlətlərə, eləcə də İslandiya, Lixtenşteyn, Norveç vəİsveçrəyə şamil olunur. Aİ ölkələrinə səfər üçün Serbiyavətəndaşlarından yalnız pasport tələb olunur.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr