Azərbaycan Basketbol Liqasında VI tura bu gün start veriləcək.
Offsideplus.az xəbər verir ki, ilk gündə tək qarşılaşma baş tutacaq.
"Lənkəran" "Sumqayıt"ı qəbul edəcək.
Oyun Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 7 xalla üçüncüdür. "Kimyaçılar" 6 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.