AZ

“Vaşinqtona hörmətlə yanaşmalıdır” Trampdan Mamdaniyə mesaj

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp  Nyu-York meri seçkilərində qalib gələn Demokrat namizəd Zohran Mamdani haqqında sərt açıqlama verib.

Tramp "Fox News"-a müsahibəsində Mamdaninin seçki sonrası çıxışını tənqid edib:

“Bu, çox qəzəbli bir çıxış idi. Düşünürəm ki, o, açıq şəkildə mənə qarşı qəzəbini ifadə etdi”, – deyə Tramp bildirib.

Prezident əlavə edib ki, Mamdani ilə əməkdaşlıq vacibdir:“Məncə, o mənə yaxşı davranmalıdır. Çünki ona gələcək bir çox qərarları təsdiqləməli olan şəxs mənəm. Buna görə də pis bir başlanğıc etdi".

Tramp yeni merə “Vaşinqtona hörmətlə yanaşmaq” çağırışı edib:“Vaşinqtona bir az hörmət göstərməlidir. Əks halda uğur qazanmaq şansı az olacaq. Mən onun uğurlu olmasını istəyirəm, çünki şəhərin uğurlu olmasını istəyirəm. Mən Nyu-Yorku sevirəm və bu şəhərin inkişafını görmək istəyirəm".

Rəsmi olmayan nəticələrə görə, 34 yaşlı, Uqandada doğulmuş Zohran Mamdani ABŞ-nin ən böyük şəhəri Nyu-Yorkun son yüz ildə seçilən ən gənc və ilk müsəlman meri olub.

Məlumata əsasən, seçkilərdə 2 milyondan çox seçici səs verib ki, bu da 1969-cu ildən bəri qeydə alınan ən yüksək iştirak göstəricisi sayılır.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
azpolitika.info

1Mənbələr