Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Nyu-York meri seçkilərində qalib gələn Demokrat namizəd Zohran Mamdani haqqında sərt açıqlama verib.
Tramp "Fox News"-a müsahibəsində Mamdaninin seçki sonrası çıxışını tənqid edib:
“Bu, çox qəzəbli bir çıxış idi. Düşünürəm ki, o, açıq şəkildə mənə qarşı qəzəbini ifadə etdi”, – deyə Tramp bildirib.
Prezident əlavə edib ki, Mamdani ilə əməkdaşlıq vacibdir:“Məncə, o mənə yaxşı davranmalıdır. Çünki ona gələcək bir çox qərarları təsdiqləməli olan şəxs mənəm. Buna görə də pis bir başlanğıc etdi".
Tramp yeni merə “Vaşinqtona hörmətlə yanaşmaq” çağırışı edib:“Vaşinqtona bir az hörmət göstərməlidir. Əks halda uğur qazanmaq şansı az olacaq. Mən onun uğurlu olmasını istəyirəm, çünki şəhərin uğurlu olmasını istəyirəm. Mən Nyu-Yorku sevirəm və bu şəhərin inkişafını görmək istəyirəm".
Rəsmi olmayan nəticələrə görə, 34 yaşlı, Uqandada doğulmuş Zohran Mamdani ABŞ-nin ən böyük şəhəri Nyu-Yorkun son yüz ildə seçilən ən gənc və ilk müsəlman meri olub.
Məlumata əsasən, seçkilərdə 2 milyondan çox seçici səs verib ki, bu da 1969-cu ildən bəri qeydə alınan ən yüksək iştirak göstəricisi sayılır.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.