AZ

Zəfər paradının baş məşqi keçirildi - VİDEO

Bakıda Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradın baş məşqi keçirilib.

Musavat.com xəbər verir ki, məşqə paradda iştirak edəcək Azərbaycan Ordusunun şəxsi heyəti, hərbi texnikası cəlb olunub.

Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zəfər paradında iştirakı təsdiqlənib.

Bundan başqa parada Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç və digər xarici qonaqlar da qatılacaq.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

Seçilən
8
2
musavat.com

7Mənbələr