AZ

Bakı İrəvanı aclıqdan xilas edir Qatarlar yola salındı VİDEO

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb.

Modern.az xəbər verir ki, qatar artıq Biləcəri stansiyasından yola düşüb.

Qeyd edək ki, qatar Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər Böyük Kəsik stansiyasından yola salınacaq.

***

Azərbaycandan tranzit keçməklə Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb.

Modern.az xəbər verir ki, yük qatarı hazırda Biləcəri Dəmiryol Stansiyasındadır.

Azərbaycandan tranzit keçməklə taxıl yüklü qatar Ermənistana yola salınacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
modern.az

1Mənbələr