AZ

“Qarabağ” – “Çelsi” oyununda qalmaqal: Nə baş verib?

UEFA Gənclər Liqasının “Qarabağ” – “Çelsi” oyununda xoşagəlməz hadisələr yaşanıb.

İngiltərə klubunun 5:0 hesabı ilə qalib gəldiyi matçın 57-ci dəqiqəsində qonaqların hücumçusu Sol Qordonun hərəkəti insidentə səbəb olub. Bu barədə BBC məlumat yayıb.

Belə ki, 17 yaşlı forvard qol vurduqdan sonra “Qarabağ” azarkeşlərinin toplandığı tribunalara tərəfə qaçaraq jestlər edib. Buna qəzəblənən yerli fanatların bəziləri müxtəlif jestlərlə ona qarşılıq veriblər. Hətta buna görə görüş bir neçə dəqiqə dayandırılıb.

Hadisə ilə bağlı paylaşım edən “Çelsi” klubu azarkeşləri irqçilikdə günahlandırıb və məsələnin UEFA-nın intizam prosedurlarına uyğun şəkildə ciddi araşdırılmasını tələb edib. “Qarabağ” tərəfi isə baş verənlərə məyusluğunu ifadə edib, bunun klubun dəyərlərinə uyğun olmadığını bildirib.

Məsələ ilə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlama verib.

“Hadisədən xəbərdarıq. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, – deyə klub rəsmisi bildirib.//MilliTv.NET

Seçilən
11
1
millitv.net

2Mənbələr